Polşanın “Krakoviya” futbol klubu yeni müqavilə imzalayıb

17 Avqust 2018 21:02

Xəbər 600 dəfə oxunub

Son iki həftədə “Sumqayıt” klubunda baxışda olmuş rusiyalı futbolçu Sərdar Sərdarov Polşanın “Krakoviya” klubu ilə müqavilə bağlayıb.Milli.az xəbər verir ki, 24 yaşlı hücumçu sonradan daha bir il uzada bilməsi şərti ilə bir illik sözləşməyə (1+1) imza atıb.Qeyd edək ki, “Sumqayıt” Sərdarovla şəxsi müqaviləni razılaşdırsa da, müqavilə üzrə məxsus olduğu Rusiya “Yenisey”inin tələb etdiyi məbləği ödəyə bilməyib. Nəticədə bu transfer baş tutmayıb. Hazırda “Krakoviya”da “Qəbələ”nin sabiq futbolçuları Xavyer Ernandes və Sergey Zenyov da çıxış edir.xeber100.com