Portuqaliya-İran matçında sayca 19-cu penalti təyin edilib

26 İyun 2018 16:47

Xəbər 648 dəfə oxunub

DÇ-2018-də penaltilər üzrə yeni rekord qeydə alınıb.Apa-nın məlumatına görə, ötən axşam Portuqaliya-İran matçında sayca 19-cu penalti təyin edilib.Hakim VAR (Video Assistant Referee) sistemindən istifadə edərək 11 metrlik cərimə zərbəsi təyin edib.Bununla da penaltilər üzrə Dünya Çempionatlarının rekordu yenilənib. Bundan əvvəl 1990-cı ildə İtaliyada, 1998-ci ildə Fransada və 2002-ci ildə Cənubi-Koreya və Yaponiyada keçirilən turnirlərdə hakimlər 18 dəfə penalti təyin ediblər.Qeyd edək ki, DÇ-2018-də futbolçular 19 penaltidən yalnız 14-ü dəqiq yerinə yetirə bilib.xeber100.com