Nəhəng maye təbii qaz axtarışı və saxlama platforması “Prelude” gələn il Avstraliya sahillərində işlərə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” məlumat yayıb.Bildirilir ki, 488 metr uzunluğu olan nəhəng maye təbii qaz axtarışı və saxlama platformasının “Prelude” gələn il Avstraliya sahillərində işə başlayaqcaq.“Shell”in nəhəng üzən təbii qaz platformasının tikintisinə 2012-ci ildə başlanılıb və o, Koreya Respublikasının “Samsung” şirkətinin ağır sənaye zavodunda qurulduqdan sonra Avstraliya sahillərinə aparılıb. Avstraliyanın qərbində sahildən 125 kilometr uzaqlıqda qurulan platforma gələn il dənizdə təbii qaz çıxarılması və emalına başlayacaq. Təbii qaz birbaşa platformaya çıxarılacaq, maye qaz isə 162 dərəcədə soyudularaq Asiya ölkələrinə yük daşıyan təbii qaz tankerlərinə doldurulacaq.“Shell”ə görə, platforma ildə 5,3 milyon don maye qazı emal edə bilər. “Prelude” maye təbii qazın soyudulması üçün saatda 50 milyon litr su istifadə edəcək. Şirkət platformanın xərclərini açıqlamır. Lakin mütəxəssislərin fikrincə platforma təxminən 10-12 milyard dollara başa gəlib.Qeyd edək ki, platformanın göyərtəsi 4 futbol meydançası uzunluğunda, anbarları isə 175 olimpiya hovuzu böyüklükdədir. Uzunluğu Nyu-Yorkdakı məşhur göydələn “Empire State” binasından daha uzun olan platformanın eni “Boeing 747” laynerinin qanadından da böyükdür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…