Noyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Qarabağ” “Qəbələ” ilə qarşılaşıb.Turnir cədvəlinin liderini müəyyən edən oyunun ilk hissəsində qapılara qol vurulmayıb.İkinci hissədə “Qəbələ” futbolçusu Filip Ozobiç adını tabloya yazdırıb – 0:1. Növbəti qol oyunun 87-ci dəqiqəsində meydan sahibləri tərəfindən vurulub. Belə ki, “Qəbələ”nin müdafiəçisinin əllə oynaması baş hakim Rəhim Həsənovun penalti qərarı verməsinə səbəb olub və Riçard Almeyda hesabı bərabərləşdirib – 1:1. Gərgin mübarizə şəraitində keçən matçın 90+5 dəqiqəsində Qurban Qurbanovun komandası qalibiyyət qolunu vurmağı bacarıb. Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə, XIII turun yekununda xallarını 31-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyi ələ keçirib. Cari çempionatda ilk məğlubiyyətlə üzləşən “Qəbələ” isə 28 xalla ikinci pillədə yer alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…