Premyer Liqasında XXIII tura iki oyunla start verilib

19 Mart 2017 10:27

Xəbər 828 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura iki oyunla start verilib.Azərtac xəbər verir ki, tur Gəncədə keçirilən “Gəncə”-“Sumqayıt” matçı ilə start götürüb. Bu oyunun taleyini Dario Federikonun 45-ci dəqiqədə vurduğu qol həll edib. Beləliklə, meydan sahibləri ardıcıl ikinci qələbələrini qazanıblar. “Sumqayıt” isə ardıcıl dördüncü dəfə məğlub olub.Günün digər matçında isə 80 illik yubileyini qeyd edən “Neftçi” ilə paytaxtın digər təmsilçisi “İnter” üz-üzə gəlib. Qeyri-adi vaxtda – “Neftçi”nin yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də başlayan matç gərgin idman mübarizəsi şəraitində keçib və meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Bu qələbədən sonra “Ağ-qaralar” turnir cədvəlində 1 pillə irəliləyib. “İnter” isə liderlərlə xal fərqini azalda bilməyib.xeber100.com