Bu gün Azərbaycan Premyer Liqasının altıncı turu “Qəbələ” – “Neftçi” oyunu ilə yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda Qəbələ şəhər stadionunda keçirilən matçı baş hakim Fariz Yusifov idarə edib.Görüşün dördüncü dəqiqəsində “Qəbələ”nin oyunçusu Stiven Jozef Monroz hesabı açıb. Oyunun 40-cı dəqiqəsində Baqali Dabo meydan sahiblərinin ikinci qolunu vurub – 2:0. İlk hissə bu hesablada yekunlaşıb.Matçın ikinci hissəsində “Neftçi” klubu istəyinə nail olub. Oyunun 48-ci dəqiqəsində paytaxt təmsilçiləri Namiq Ələsgərovun vurduğu qolla hesab arasındakı fərqi minimuma endirib. Oyunda başqa qol vurulmayıb. Görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə altıncı turun yekun oyunundan sonra “Qarabağ” 15 xalla turnir cədvəlində liderdir. “Zirə” klubu 15 xalla ikinci, “Qəbələ” isə 14 xalla üçüncü pillədədir. Turnir cədvəlində komandalar müvafiq olaraq “İnter” (8 xal), “Sumqayıt” (7 xal), “Səbail” (6 xal), “Neftçi” və “Kəpəz” hərəyə bir xalla sonuncu yerləri bölüşürlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…