Avstriyada təkrar prezident seçkiləri oktyabrın 2-də keçiriləcək. Konstitusiya Məhkəməsi mayın 22-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv etdikdən sonra, koalisiyalı hökumət parlamentə təkrar seçkilər üçün oktyabrın 2-ni təklif edib. İkinci turda olduğu kimi, təkrar seçkidə də mübarizə Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen və Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer arasında olacaqdır. Ölkə Prezidenti Haynts Fişerin səlahiyyət müddəti başa çatdığına görə, parlamentin sədarəti təkrar seçkilərədək prezidentin səlahiyyətlərini icra edəcəkdir. Sağçı-radikal Avstriya Azadlıq Partiyasının rəhbərliyi səsvermədə yenə qanunsuzluq aşkarlanacağı təqdirdə təkrar seçkilərin nəticələrinin ləğv olunması üçün məhkəməyə müraciət edəcəyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…