Meksikada prezident seçkilərində liderlik edən Andres Manuel Lopes Obrador iyulun 1-də ölkədə pensiyaları iki dəfə artırmağı vəd edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Milli Seçki İnstitutunun ilkin məlumatlarına əsasən, sol qüvvələrin lideri Lopes Obrador seçkilərdə 47, 22 faiz səs toplayıb. İkinci yerdə Rikardo Anayya (27,03 faiz), sonrakı yerlərdə Xose Antonio Mid (16,91 faiz) və Xayme Rodriges Kalderon (6,22 faiz) gedir. Artıq hər üç namizəd Lopes Obradorun qələbəsini etiraf edib.“İlk gündən qocalar üçün pensiyanı iki dəfə artıracağıq və bu pensiyanın universal olacağına zəmanət veririk”, – deyə yeni seçilmiş prezident qeyd edib. O, həmçinin ölkədə korrupsiyaya qalib gələcəklərinə də söz verib.Lopes Obrador hakimiyyətin təhvil verilməsi barədə danışıqlar aparmaq üçün iyulun 3-də ölkənin hazırkı Prezidenti Enrike Penya Nieto ilə görüşünün planlaşdırıldığını bildirib.Qeyd edək ki, yeni prezident bu postda vəzifələrinin icrasına cari il dekabrın 1-də başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…