Vyetnam parlamenti aprelin 2-də ölkənin yeni prezidenti postuna general Çan Day Kuanqı təsdiqləyib. Bu haqda BBC məlumat yayıb. 60 yaşlı general bundan əvvəl Vyetnam Daxili Təhlükəsizlik Xidmətinin başçısı olub. Parlamentdə nəticələr elan edildikdən sonra yeni prezident Çan Day Kuanq Vyetnam Kommunist Partiyası və xalqına sədaqətli olacağına and içib. O, 2011-ci ildən bu vəzifəni tutan 67 yaşlı Çıonq Tan Şanqanı əvəz edib. Məlumata görə, müxalifət nümayəndələrini həbs etdiyi üçün ölkənin xüsusi xidmət orqanı tənqid hədəfinə çevrilib. Qərb ölkələri Vyetnam hakimiyyətini iqtisadi yardım qarşılığında ölkə vətəndaşlarına fikir azadlığı verməyə çağırırlar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…