Moskvada 2018-ci il fevralın 5-9-da keçiriləcək “PRODEXPO 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçılardan müraciətlərin qəbulu dekabrın 8-dək uzadılıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, vahid ölkə stendində maksimum 35 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).Müsabiqə İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında dekabrın 19-da AZPROMO-da təşkil olunacaq.Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarı göstərilməklə) – 5 bal. Meyarların cəmi üzrə minimum keçid balı 20 baldır.Vahid ölkə stendində iştirak etmək istəyən sahibkarlar nümayiş olunacaq məhsulların siyahısını, istehsal-ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədləri və ya məlumatları ərizə ilə birlikdə dekabrlın 8-dək AZPROMO-ya təqdim etməlidirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…