Lənkəran Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayonun yaşayış məntəqələrində mal-qara arasında profilaktik tədbirlər uğurla davam etdirilir. Heyvandarlıq təsərrüfatlarında əvvəlcədən aşkar olunmuş xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri nəticəsində fermerlərə dəyəcək ziyanın qarşısı alınıb. Rayonda mal-qara arasında profilaktik peyvəndləmə tədbirləri yoluxucu və digər xəstəliklərə qarşı aparılır. Bunların sırasında qarayara, nodulyar dermatit və dabaq kimi təhlükə yarada biləcək xəstəliklər xüsusi yer tutur. Altı ay ərzində Lənkəranda 52 min nodulyar dermatit, 53 min qarayara və 52 min dabaq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Bu işlər ilin sonuna kimi davam etdiriləcək. Görülən tədbirlər nəticəsində heyvandarlıq təsərrüfatlarında mal-qara arasında tələfat qeydə alınmayıb. Hazırda peyvəndləmə tədbirləri rayonun dağətəyi və dağlıq ərazilərində yerləşən təsərrüfatlarda iri və xırdabuynuzlu mal-qara arasında aşkar edilmiş qan-parazitar xəstəliklərinə qarşı aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…