SOCAR istiqrazlarının təkrar bazarında marketmeyker fəaliyyətini həyata keçirən “PSG Capital” şirkəti yanvar ayının nəticələrini açıqlayıb.Şirkətdən Azərtac-a verilən məlumata görə, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Belə ki, bu müddətdə SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan çox alqı-satqı həyata keçirilib.Təkcə yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanılıb. SOCAR istiqrazlarının ticarətində marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital İnvestisiya Şirkəti”nin məlumatına görə, istiqraz alanların 72 faizini yeni müştərilər təşkil edib. 28 faiz insanlar isə artıq istiqrazı olanlardır ki, onlar yeni kağızlar əldə ediblər.“PSG Capital” şirkətinin nümayəndəsi İkram Səfərəliyev deyib ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra istiqrazlara müştərilərin marağı daha da artıb. “İlk faiz ödənişlərindən sonra istiqrazlara maraq daha da artıb, xüsusilə fiziki şəxslər tərəfindən. Ümumilikdə bu il ərzində 16,5 milyon dollar həcmində alqı-satqı əməliyyatı baş tutub”, – deyə o, əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…