Psixi Sağlamlıq Mərkəzində mətbuat konfransı keçirilib

26 Yanvar 2017 13:39

Xəbər 873 dəfə oxunub

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində intihar və böhranlı vəziyyətlərin aradan qaldırılması mövzusunda mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, mərkəzin psixoloji yardım şöbəsinin müdiri K.Talıbovanın sözlərinə görə, ötən il ölkədə 327 tamamlanmış intihar faktı qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə azalma olduğunu göstərir. Belə ki, 2015-ci ildə bu rəqəm 515 olub.Bundan əlavə 2016-cı ildə tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfərdir.Bütün dünyada olduğu kimi Azərbaycanda da intihar və ya intihara cəhd halları qlobal problemlərdən biridir, deyən psixiatr ölkəmizdə intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu qeyd edib. Bildirilib ki, bu gün dünyada orta intihar faktlarına hər 100 min nəfərdən yeddisində rast gəlinirsə, Azərbaycanda bu rəqəm təxmini hər 100 min nəfərdən beşi olaraq qeydə alınır.İntiharların səbəbləri barədə danışan K.Talıbova bura fizioloji, psixoloji, sosial və genetik faktorların böyük rol oynadığını qeyd edib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05