PSJ futbol klubu ikiillik müqavilə imzalayıb

16 May 2018 12:24

Xəbər 784 dəfə oxunub

Tomas Tuxel Fransanın PSJ futbol klubunun baş məşqçisi təyin olunub.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Tomas Tuxellə ikiillik müqavilə imzalanıb. O, 2017/2018-ci il mövsümü başa çatdıqdan sonra Paris klubunda fəaliyyətə başlayacaq.PSJ-nin hazırkı baş məşqçisi Unai Emeri mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.Xatırladaq ki, Tuxel bundan əvvəl Almaniyanın “Maynts” və “Borussiya Dortmund” komandalarını çalışdırıb.“Sevinc, qürur və həvəslə PSJ kimi böyük bir kluba qoşuluram. Bundan sonra mən böyük oyunçularla işləyəcəyəm və onların hər biri dünyanın ən yaxşısıdır” – deyə Tomas bildirib.Tuxelin son klubu “Borussiya Dortmunt” olub. O, iki mövsüm çalışdırdığı klubla Almaniya kubokunu qazanıb.xeber100.com