PSJ futbol klubu ilə “Monako” üz-üzə gəliblər

4 Avqust 2018 20:52

Xəbər 786 dəfə oxunub

Fransa Superkubokunun sahibi müəyyənləşib.Milli.Az xəbər verir ki, həlledici görüşdə son çempion PSJ ilə ölkə kubokunun qalibi “Monako” üz-üzə gəliblər. Çində keçirilən qarşılaşma Paris klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.Paytaxt təmsilçisinin heyətində qolları Anhel di Mariya (33 və 90), Kristofer Nkunku (40) və Timoti Vea (67) vurublar.