PSJ futbol klubu İtaliya millisinin üzvünü transfer edib

12 İyul 2023 14:42

Xəbər 322 dəfə oxunub

Fransanın PSJ klubu 18 yaşlı yarımmüdafiəçi Şer Nduru transfer edib. İtaliyalı oyunçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Futbolçu 27 nömrəli forma geyinəcək. O, PSJ-yə azad agent kimi keçib.

Futbolçu ötən mövsüm “Benfika”nın B komandasında 57 matçda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Ndur İtaliyanın gənclərdən ibarət yığmasının üzvüdür.xeber100.com