PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda

20 Yanvar 2019 11:11

Xəbər 804 dəfə oxunub

PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda “Genqam”ı 9:0 hesabı ilə darmadağın edib.Milli.Az report-a istinadən bildirir ki, Parisin “Park de Prens” stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian Mbappe və Edinson Kavani isə het-trik edib.Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. “Genqam” 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.xeber100.com