Aprelin 4-15-də Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) texniki yardım missiyasının nümayəndələri ilə Mərkəzi Bankda (AMB) görüşlər keçirilib. AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, AMB rəhbərliyi, eləcə də aidiyyati struktur bölmələrin əməkdaşları ilə görüşlər zamanı BVF-nin nümayəndə heyətinə ölkədə yaranmış makroiqtisadi vəziyyət, bu vəziyyətə adekvat olaraq pul siyasətində və məzənnə rejimində həyata keçirilən dəyişikliklər barədə geniş məlumat verilib. Eyni zamanda pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə edilib, BVF ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib. Qeyd edək ki, AMB cari ildə pul siyasətinin yeni dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi sahəsində BVF ilə əməkdaşlığı davam etdirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…