Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhalinin pulsuz internetlə təminatı üçün yeni ictimai “WiFi” layihəyə başlayır. Nazirlikdən Azərtac-a bildirilib ki, layihəyə əsasən, nazirlik “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla, bütün Dənizkənarı Milli Park və Fəvvarələr meydanı ərazilərini ictimai “WiFi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq. İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…