“Pxençan-2018” Qış Olimpiya Oyunlarında

12 Fevral 2018 15:02

Xəbər 684 dəfə oxunub

Təxminən bir il əvvəl məşq zamanı yıxılaraq komaya düşən kanadalı snoubord idmançısı Mark Makmorris “Pxençan-2018” Qış Olimpiya Oyunlarında bürünc medal qazanıb.Azərtac xəbər verir ki, o vaxt ağaca çırpılaraq ağır xəsarət alan və zədələnərək uzun müddət yaşamaq uğrunda mübarizə aparan kanadalı snoubord idmançısı Cənubi Koreyanın Pxençan şəhərində təşkil edilən Olimpiya Oyunlarında ilk üçlükdə yer alaraq gözlənilməz uğura imza atıb.Bu hadisədən sonra idmana qayıdışı mümkünsüz görünən 24 yaşlı atlet olimpiadada snoubord yarışlarının sloupstayl növündə 85,20 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.O zaman Makmorris dağda həmin dəhşətli hadisə baş verdikdən 1,5 saat sonra tapılaraq helikopterlə xəstəxanaya çatdırılan gənc idmançının bədənində 16 sınıq, o cümlədən qolunda, qabırğasında, çənəsində, çanağında sınıqlar və ağ ciyərin əzilməsi aşkarlanmışdı. Koma vəziyyətinə düşən Makmorrisin üzərində iki dəfə cərrahiyyə əməliyyatı aparılmışdı.İdmançı başına gələn hadisənin ağır avtomobil qəzasına bənzədiyini bildirərək deyib: “Məşq zamanı havada müxtəlif idman fəndləri yerinə yetirərkən qəflətən ağacın üstünə düşdüm. Ağaca çırpıldıqdan sonra tərpənə bilmirdim. Xilasediciləri uzun müddət gözlədim və sonra yaşamaq uğrunda mübarizə apardım. Daha snoubord idmanı ilə məşğul ola bilməyəcəyimi və öləcəyimi düşünürdüm”.İndi kanadalı snoubordçu zədələnməkdən qorxmur. Ötən il baş vermiş qəza ona idmanda yüksəliş yollarının asan olmadığını daha yaxşı öyrədib: “Bu hadisənin təkrarlanmasından ehtiyat etmirəm. İki əvvəl də bud sümüyüm qırılmışdı. Son bir neçə ildə ağır zədələr aldığımdan qazandığım hər hansı medalın mənim üçün necə dəyərli olduğunu anlamaq mümkündür. Mən indi bu idmanı daha çox sevirəm. Digər tərəfdən mənə çətin günlərimdə dəstək olan və dağa dönüb snoubordla məşğul olmaq üçün ilham verən azarkeşlərim qarşısında böyük məsuliyyət hiss edirəm”.Rusiyada 2014-cü ildə təşkil edilən Soçi Qış Olimpiya Oyunlarında da bürünc medal qazanan Makmorris 2013-cü ildə snoubord üzrə dünya çempionatında gümüş, ötən ilin noyabrında Çində keçirilən dünya kuboku mərhələsində isə qızıl medala yiyələnib. O, bir il əvvəl snoubord üzrə dünya reytinq sıralamasında ilk pillədə yer almışdı.Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarına yeni və gənc auditoriyanı cəlb etmək üçün belə sərbəst hərəkət idman növlərini proqrama daha çox daxil edir. Bu idman növləri ona görə populyardır ki, snoubordçular havada inanılmaz atletizm fəndləri və hərəkətləri yerinə yetirirlər. Ancaq buna baxmayaraq, snoubord çətin idman növüdür və burada zədələnənlər çox olur. Belə ki, Olimpiya Oyunlarına yolu həkimlərdən keçən Mark Makmorris kimi çoxsaylı atletlər var.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02