“Qəbələ” idman klubunun boksçuları Ukraynada təşkil olunan təlim-məşq toplanışını başa vurub. Oktyabrın 4-də başlayan hazırlıq prosesini yekunlaşdıran boksçularımız bu gün start götürəcək klublararası beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.Azərtac xəbər verir ki, yarışa qatılan 4 komandanın iştirakı ilə püşkatma və çəki mərasimləri, həmçinin klub nümayəndələrinin qatıldığı mətbuat konfransı təşkil olunub. “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədov və baş məşqçi Ramiz Mirkamilov jurnalistlərin suallarını cavablandırıb, konfrans zalına toplaşanlara klubun boks bölməsi haqda, həmçinin nailiyyətlər və gələcək planlar barədə məlumat veriblər.Püşkün nəticələrinə görə, bu gün keçiriləcək ilk döyüşlərdə “Qəbələ”nin rəqibi “Leather Gloves” (Özbəkistan) klubu olacaq. Klubların 7 çəki dərəcəsindəki təmsilçiləri Krivoy-Roq şəhərindəki turnirdə üz-üzə gələcəklər. “Qırmızı-qaralar”ı rinqdə Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (91 kq-dan yuxarı) təmsil edəcəklər.Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Digər matçda isə DKD (Gürcüstan) və yerli KB-75 klubları qarşılaşacaqlar. Qalib komandalar oktyabrın 12-də final, məğlub klublar isə 3-cü yer uğrunda matçda görüşəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…