Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib. İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.Forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və “B” komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyənin “Samsunspor” klubunun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/2017-ci il mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…