“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası İtaliyada təşkil olunacaq Qallini dünya kuboku yarışlarında iştirak edəcək.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” martın 29-dan aprelin 3-dək davam edəcək turnirə “E” qrupunda mübarizə aparmaqla start verəcək. Komandamız qrupda “Ankona”, “Liventina” (hər ikisi İtaliya), “Sofiya Sport B” (Bolqarıstan) ilə üz-üzə gələcək.“Qəbələ” martın 30-da bolqarıstanlılarla, ertəsi gün öncə “Liventina”, ardınca “Ankona” ilə qarşılaşacaq.“Qırmızı-qaralar” səfərə 18 futbolçu ilə yollanıb. Akademiyanın meneceri Nail Kərimov və baş məşqçisi Halim Fıçıcının rəhbərlik etdiyi nümayəndə heyətində məşqçilər Anar Surxayev və Namiq Əliyev, həmçinin 18 futbolçu – Uğur Əzizli, Eşqin Əhmədov, Murad Musayev, Mirimran Musayev, Sənan Ağalarov, Sənan Kərimov, Elvin Qarayev, Elmir Hüseynli, Bəxtiyar Quliyev, Murad Ələkbərov, Rüfət Bədəlzadə, Məmməd Muradov, Ravil Qafarov, Şahin Şahniyarov, Zöhrab Bayramov, Sadıq Şəfiyev, Okan Təhməzli və Hüseynağa Səlimov yer alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…