“Qəbələ” futbol klubunun yeniyetmələrdən ibarət komandası Vilnüsdə keçiriləcək “Ateitis Cup” turnirində iştirak edəcək.Azərtac xəbər verir ki, turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. “Qəbələ” “B” qrupunda qərarlaşıb və “Minsk” (Belarus), “Legion” (Estoniya), “Jalgiris” (Litva) və “Riqa” (Latviya) komandaları ilə qarşılaşacaq. Digər qrupda yerli “Baltay”, BATE, “Dinamo” (hər ikisi Belarus), “RFSH Riqa” (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər.Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. “Qəbələ”nin keçirəcəyi sonuncu oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…