“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. “Qırmızı-qaralar” iyunun 7-dən 10-dək Macarıstanda keçiriləcək Qallini dünya kuboku yarışlarında qüvvələrini sınayacaqlar.Azərtac xəbər verir ki, Rakif Əliyevin baş məşqçisi olduğu komandamızda 18 futbolçu yer alıb. Bunlar Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Orxan Səlimov, Ülvi Mədətov, Kamal Kazımov, Anar Tağıyev, Gülağa Əsədov, Mehrac Baxşəliyev, Ümid Həmzəyev, Kamil Nəzirli, Xəyal Səmədov, Kənan Qaragözov, Asif Məmmədov, Rəşad Əmrahov, Tofiq Vahabov və Taleh Qarayevdir.”Qəbələ” “B” qrupunda Macarıstanın “Dinamo Star” və İtaliyanın “Venetsiya” klubları ilə mübarizə aparacaq. İyunun 8-də keçiriləcək ilk oyunda futbolçularımız macarıstanlı həmyaşıdları ilə üz-üzə gələcəklər. Ertəsi gün “qırmızı-qaralar” Apennin təmsilçisi ilə görüşəcəklər.Qrup oyunlarının nəticələrinə əsasən, komandamız iyunun 9-10-da daha 3 matça çıxacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…