“Qəbələ” futbol klubu heyətinə daha bir futbolçu qatıb

6 İyul 2023 15:14

Xəbər 317 dəfə oxunub

Yeni mövsümə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. Klubun saytı bildirir ki, komanda Gilad Abramovun keçidini rəsmiləşdirib. İsrailli yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb. İyirmi üç yaşlı futbolçu peşəkar karyerasına 2018-2019-cu il mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.xeber100.com