“Qəbələ” futbol klubu heyətini yeni müdafiəçi ilə gücləndirib

9 Sentyabr 2020 11:01

Xəbər 521 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirən “Qəbələ” klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.Azərtac klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı Vinko Medimoreçin transferini gerçəkləşdirib. İyirmi altı yaşlı legionerlə bir il müddətinə müqavilə imzalanıb.Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin “Koprivinitsa” klubunda başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, “Slaven”in heyətində 98 oyunda 4 qol vurub.Futbolçu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.xeber100.com