“Qəbələ” futbol klubu ikinci yoxlama oyununu keçirib

29 İyun 2018 10:18

Xəbər 581 dəfə oxunub

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” futbol klubu ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olublar.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın ilk yarısında hesab açılmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub.Matçdakı hər iki qol da ikinci 45 dəqiqəyə təsadüf edib. İki qol vuran xorvatiyalılar qalib gəliblər. “Qəbələ” Sloveniya toplanışında ilk məğlubiyyətini alıb.Xatırladaq ki, “Qəbələ” Sloveniyadakı ilk matçında Albaniyanın “Kukesi” klubu ilə heç-heçə edib – 1:1.xeber100.com