Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 10-da ilk yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində təşkil olunan qarşılaşma “qırmızı-qaralar”ın yeni ildə ilk matçı olub. Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşüb.Görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. “Qəbələ”nin heyətində Filip Ozobiç fərqlənib.“Qəbələ” 2018-ci ildəki ilk qarşılaşması klub tarixində 94-cü beynəlxalq yoldaşlıq oyunu olub. Həm Qəbələdə, həm də ölkə xaricində baş tutan toplanışlar çərçivəsində xarici klublarla 93 matç keçirən “qırmızı-qaralar” bu görüşlərin 59-nu Türkiyədə oynayıb. Bugünkü görüş “qırmızı-qaralar”ın 14-cü dəfə təlim-məşq toplanışına getdiyi ölkədə 60-cı beynəlxalq sınağı olub. Bunlardan 26-da qələbə qazanan “Qəbələ” 16 heç-heçə edib və 17 dəfə uduzub. Xarici komandalarla buradakı matçlarda 100 qol vuran futbolçularımız 68 top buraxıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…