“Qəbələ” futbol klubu növbəti transferini həyata keçirib

3 İyul 2023 13:10

Xəbər 297 dəfə oxunub

“Qəbələ” klubu növbəti transferini həyata keçirib. Klubun saytı bildirir ki, 2023/2024 mövsümünün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan 28 yaşlı braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.

Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.xeber100.com