“Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib

18 Yanvar 2018 12:29

Xəbər 1353 dəfə oxunub

2017-2018-ci il mövsümünün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışının ilk mərhələsində ikinci matçına çıxıb. Komandamız İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb.Qarşılıqlı hücumlar şəraitində keçən ilk 45 dəqiqədə qapılara qol vurulmayıb. Fasilədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib. İkinci hissədə isveçrəlilər hesabı açıb. Bu, fasilədən 11 dəqiqə sonraya təsadüf edib. 56-cı dəqiqəyə təsadüf edən qol türkiyəli referi Yigit Kurnazın idarə etdiyi matçda yeganə top olub – 1:0.Qonşu ölkədəki ilk matçında “Akhisar Bələdiyyəspor”la heç-heçə edən (1:1) “Qəbələ” yanvarın 5-də start götürən hazırlığın birinci mərhələsini “Sürix”lə qarşılaşma ilə başa vurub. Qarşılaşmadan sonra üç günlük istirahətə buraxılan komanda hazırlığını yanvarın 21-dən Antalyada davam etdirəcək.xeber100.com