“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Belostok şəhər stadionunda keçirilən və Rumıniyadan olan hakimlər briqadasının idarə etdiyi görüş “Qəbələ”nin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.Baş hakim Konstantin Sebastyan Kolteskunun idarə etdiyi matçın 18-ci dəqiqəsində “Qəbələ” klubu oyunda hesabı açıb. Polşa təmsilçisinin qapısından topu İlqar Qurbanov keçirib.Oyunun ilk hissəsi 1:0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib.İkinci hissəyə daha fəal başlayan Polşa komandasının futbolçuları bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər. Buna rəqib futbolçuların qeyri-dəqiqliyi, “Qəbələ”nin qapıçısının və müdafiəçilərinin inamlı oyunu mane olub.Nəhayət 89-cu dəqiqədə rəqibini əks-hücumda yaxalayan “Qəbələ” hesab arasındakı fərqi ikiyə çatdırıb. Cavid Hüseynovun məhsuldar ötürməsindən sonra Filip Ozobiç fərqlənib.Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş bu hesabla yekunlaşıb – 2:0.Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından və Roman Qriqorçukun yetirmələri səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etdiyindən ümumi nəticədə komandamız növbəti mərhələyə adlayıb.Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Avroliqanın üçüncü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” kollektivi ilə üz-üzə gələcək.Bu mərhələnin ilk oyunu iyulun 27-də Yunanıstanda, cavab matçı avqustun 3-də Bakıda olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…