“Qəbələ” futbol klubunun məlumatına görə…

14 İyun 2018 13:01

Xəbər 621 dəfə oxunub

“Qəbələ” futbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib.Azərtac kluba istinadla xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.Mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.xeber100.com