“Qəbələ” idman klubu ilə braziliyalı futbol əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya arasında müqavilə imzalanıb.Azərtac “Qəbələ”yə istinadla xəbər verir ki, mərasim Dubayda təşkil olunub.Əvvəlcə “Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal təqdimatında tədbir iştirakçılarına Azərbaycan futbolu, o cümlədən ölkəmizdəki idman hərəkatı haqqında məlumat verib.Sonra 2016-cı ilin oktyabrında Bakıda memorandum imzalayan tərəflər bu dəfə 3 illik anlaşmanı rəsmiləşdiriblər. Müqaviləyə “Qəbələ” tərəfdən klubun vitse-prezidenti Fariz Nəcəfov, “Ronaldinho Soccer Academy” tərəfdən isə Ronaldinyo imza atıb.Tədbirdə çıxış edən Fariz Nəcəfov layihənin ölkəmizdə futbolun inkişafına və kütləviləşməsinə verəcəyi təkandan bəhs edib. Lisenziya xarakteri daşıyan bu müqavilə ilə “Qəbələ” əfsanəvi futbolçunun adını daşıyan akademiyanın Azərbaycandakı eksklüziv hüquqlarına yiyələnib. Müqaviləyə əsasən klubumuzun üzərinə məktəbin fəaliyyəti üçün baza, təsislər təqdim etmək, şirkətin marka dəyərini qorumaq vəzifələri düşür. “Ronaldinho Soccer Academy” isə eksklüziv ad hüququnu verəcək və lazım olan dəstəyi göstərəcək.“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Qarşıdakı 1 il ərzində yeni akademiyanın bazasının hazır vəziyyətə gətirilməsi planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…