“Qəbələ” klubu dörd yoxlama oyununda gücünü sınayacaq

11 İyun 2018 12:33

Xəbər 593 dəfə oxunub

“Qəbələ” futbol klubunun mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib. 2017/2018-ci il mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verəcək.Azərtac kluba istinadla xəbər verir ki, Qəbələdə bir araya gələcək “qırmızı-qaralar” iyunun 18-dək məşqlərini doğma arenada keçirəcəklər. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.Komanda UEFA Avropa Liqası ilə start verəcəyi 2018/2019-cu il mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ”nin təlim-məşq toplanışı iyulun 7-dək davam edəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.xeber100.com