“Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Bakcell Arena”da Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Almaniyalı baş hakim Marko Fritzin idarə etdiyi görüşün “Qəbələ” – “Yagelloniya” oyununun ilk hissəsi Polşa təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.Birinci hissənin 10-cu dəqiqəsində qəbələlilər ilk təhlükəli vəziyyət yaratsalar da, hesabı aça bilməyiblər. Bundan beş dəqiqə sonra rəqib komandada Arvidas Novikovasın künc zərbəsindən sonra qonaqların heyətində Taras Romançuk fərqlənib – 1:0. Bu qoldan sonra hücuma atılan qəbələli futbolçular bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər. Futbolçularımızın qeyri-dəqiqliyi və rəqib qapıçının inamlı oyunu sayəsində ilk hissədə hesab dəyişməyib.İkinci hissəyə daha fəal başlayan Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib. Görüşün 47-ci dəqiqəsində komandamızın heyətində İlqar Qurbanovun ötürməsindən sonra Stiven Jozef-Monroz topu qapıdan keçirib – 1:1. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş bu hesabla yekunlaşıb.Qeyd edək ki, ötən mövsümün Topaz Premyer Liqasının gümüş mükafatçısının “Yagelloniya” ilə matçı Azərbaycan klublarının bu turnirdə 200-cü oyunu olub.Bu komandalar arasındakı cavab matçı iyulun 20-də Polşada olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…