Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.Azərtac xəbər verir ki, bu mərhələ çərçivəsində Azərbaycan təmsilçisi səfərdə Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşacaq.Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xuan Martines Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbero Sevilya və Sezar Manuel Noval Font kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopez yerinə yetirəcək.Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.Komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq.“Qırmızı-qaralar” iki görüşün nəticəsinə görə Yunanıstan təmsilçisindən üstün olsalar, pley-off mərhələsinə yüksələcəklər.Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…