“Qəbələ” futbol klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını Qazaxıstanda davam etdirəcək.Azərtac xəbər verir ki, ukraynalı mütəxəssis “Astana” klubu ilə müqavilə imzalayıb.Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasında 2 dəfə gümüş, 2 dəfə bürünc mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalınadək irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016-cı və 2016/2017-ci il mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.O, daha əvvəl Latviyanın “Dinaburq” və “Ventspils”, vətənində isə “Metallurq” ilə “Çernomorets” komandalarına rəhbərlik edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…