Sentyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının altıncı turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, turun sonuncu oyununda “Qəbələ” komandası öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Baş hakim Fariz Yusifovun idarə edəcəyi görüş saat 18:00-da Qəbələ şəhər stadionunda başlayacaq.Beş oyundan sonra “Qəbələ” 10 xalla üçüncü, “Neftçi” isə bir xalla yeddinci pillədə qərarlaşıb. Roman Qriqorçukun yetirmələri çempionluq iddialarını davam etdirmək üçün bu görüşdə qalib gəlməlidirlər. Paytaxt komandası isə bu mövsüm ilk dəfə üç xal qazanmaq və altıncı pillədəki “Səbail”lə xal fərqini minimuma endirmək üçün meydana çıxacaq.Bu matç hər iki komanda arasında yubiley – 40-cı görüş olacaq. Bu görüşlərdən üçü Azərbaycan kuboku uğrunda mübarizədə, 36-sı isə milli çempionatda oynanılıb. Premyer Liqadakı qarşılaşmaların 13-də “Qəbələ”, 15 oyunda “Neftçi” qalib gəlib, səkkiz görüş heç-heçə yekunlaşıb. Son üç qarşılaşmada meydan sahibləri qalib gəliblər. “Neftçi” son altı görüşdə cəmi bir dəfə qələbə qazanıb.Qeyd edək ki, turun əvvəlki oyunlarında Ağdamın “Qarabağ” komandası “Sumqayıt”ı 4:1, paytaxtın “Səbail” klubu “Kəpəz”i (Gəncə) 1:0 hesabı ilə məğlub edib. Payatxtın “Zirə” və “İnter” kollektivlərinin qarşılaşması isə heç-heçə başa çatıb – 1:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…