Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna start verilib.Azərtac xəbər verir ki, turun açılış oyununda “Qəbələ” komandası doğma meydanda “Səbail”i qəbul edib.Baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 15-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesabı açıb. On üç dəqiqə sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirib.Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 83-cü dəqiqəsində Baqali Dabo dublunu rəsmiləşdirib. Dörd dəqiqə sonra “Səbail”in futbolçusu Eltun Yaqublu hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.“Səbail” üzərində qələbə qazanan “Qəbələ” hesabındakı xalların sayını 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik olan və bir oyun az keçirən “Qarabağ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 21 xalla üçüncü pillədə yer alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…