“Qəbələ” komandası sonuncu yoxlama oyununu keçirib

26 Yanvar 2020 18:57

Xəbər 583 dəfə oxunub

2019-2020-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” komandası Türkiyədə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “Qırmızı-qaralar” Antalyadakı hazırlıqları Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb.Qarşılıqlı hücumlarla keçən oyunda hesabı “Qəbələ” açıb. 21-ci dəqiqədə Asif Məmmədov fərqlənib. Rumıniya təmsilçisi yeddi dəqiqə sonra bərabərlik qoluna imza atıb.Komandalar fasilədə və matçın gedişində oyunçu dəyişiklikləri ediblər. Fasilədən az sonra Amin Seydiyev komandamızı hesabda önə çıxarıb. Matçın sonuna doqquz dəqiqə qalmış “Konkordiya” oyunda hesabı bərabərləşdirib. Beləliklə, görüşdə qalib müəyyənləşməyib – 2:2.Xatırladaq ki, bunadək Antalyada üç yoxlama matçı keçirən baş məşqçi Elmar Baxşıyevin yetirmələri Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə görüşüb.xeber100.com