Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını Bakıda davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “Zirə” ilə görüşdən sonra “qırmızı-qaralar” növbəti matçda “Səbail” ilə üz-üzə gəliblər.Qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda iki qol qeydə alınıb. İlk yarını daha fəal keçirən “qırmızı-qaralar” fasilə öncəsi istəklərinə çatıblar. Baxışda olan Kevin Penan hissənin son dəqiqəsində rəqib qapısına yol tapıb – 1:0. İkinci hissədə Kevin yerini “Qəbələ”nin sınadığı digər oyunçu Abdul Karimə verib. Ümumiyyətlə baş məşqçi Roman Qriqorçuk fasilədə və oyunun gedişində dəyişikliklərlə gənc futbolçulara da şans verib.İkinci hissədə qol sevinci yaşayan “Səbail” olub. Matçın 70-ci dəqiqəsində paytaxt təmsilçisi Adrian Popoviçinin qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Bu top görüşdə sonuncu olub və komandalar meydanı qollu bərabərliklə tərk ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…