Noyabrın 17-də Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” idman klubunun təşkilatçılığı, Azərbaycan Taekvando Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvando üzrə açıq “Qəbələ Open” beynəlxalq birinciliyi başlayıb.Azərtac xəbər verir ki, yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan, eləcə də Azərbaycanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvando bölmələri və klublardan 500-dən çox idmançı qatılıb.Üç gün davam edəcək yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparırlar.Yarışı ATF-nin hakimləri idarə edirlər.“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçirilən turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…