“Qəbələ” futbol klubu növbəti oyunları keçirib

24 Avqust 2017 11:24

Xəbər 1572 dəfə oxunub

“Qəbələ” və Gürcüstan “Dinamo” (Tbilisi) futbol klubunun aşağı yaş qrupları üzrə komandaları arasında növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının U-15 və U-13 komandaları Azərbaycanda qonşu ölkə təmsilçisinin müvafiq yaş qruplarından olan həmyaşıdları ilə görüşüb. 13 yaşadək futbolçularımız “Dinamo”ya 0:2 hesabı ilə məğlub olub. U-15 komandamız isə 2:1 hesabı ilə rəqibinə qalib gəlib. “Qəbələ”nin qollarına Kamal Kazımov və Ümid Həmzəyev imza atıb.Xatırladaq ki, iki gün əvvəl keçirilən ilk yoxlama oyunlarında U-13 “Qəbələ”nin komandası 3:2 hesabı ilə rəqibinə qalib gəlib, U-15 isə 0:1 hesabı ilə məğlub olub.xeber100.com