Cəlilabad rayonu ərazisində qədim dövrə aid daş abidə aşkarlanıb.Azərtac xəbər verir ki, rayonun Şatırlı kəndindəki eyniadlı meşəlikdə tapılan yazılı nümunə illərdir kimsənin diqqətini cəlb etməyib.Lakin tarixçi Elşad Əmənov sal daşın üzərindəki işarələri araşdırdıqda məlum olub ki, əslində, bu, adi daş deyil, tarixi eramızdan əvvələ aid olan yazılı nümunədir. Runik-Türk qrafikası ilə yazılmış daş abidə 14 hərf-işarədən ibarətdir. Tarixçinin sözlərinə görə, bu yazı növü 3800 il bundan əvvəl yaranıb və müxtəlif xalqlar öz mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün uzun müddət məhz bu əlifbadan istifadə ediblər.Eramızdan əvvəl V əsrə aid olduğu güman edilən yazılı nümunədən bir neçə yüz metr kənarda qədim yaşayış məskəni mövcuddur. Ehtimal olunur ki, üzərində işarələr olan daş hər hansı tanınmış qəbilə başçısının qəbirüstü abidəsidir.Qeyd edək ki, daş üzərindəki işarələr səs düzülüşünə görə Mingəçevir abidləri ilə oxşarlıq təşkil edir. Bundan başqa, buradakı şərti işarələrə Şimali Qafqaz, Altay, Urmiya və Ön Asiyada da rast gəlinir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…