Sentyabrın 26-dan 27-nə keçən gecə çox qəribə yuxular gördüm. Hamısı yadımda qalmasa da 1 –i detallarına kimi yadımda qalmışdı. Yuxuda coxlu qızıl əşyalar görmüşdüm və onları hətta əlimdə də saxlamışdım.
27 Sentyabr 2020-ci il
Səhər yuxudan durandan ürəyim çox səksəkədə idi. Nəsə bir xəbər eşidəcəyimi hiss edirdim. (Deyilənlərə görə yuxuda qızıl görmək səs deməkdir, yəni yaxşımı, pismi deyə bilmərəm nəsə bir xəbərin eşidilməsi deməkdir.)
Kompyuteri açan kimi gözüm Azərbaycan Pespublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarının xalqa müraciətinə sataşdı:
“ – Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür…”
Müraciəti oxuyan kimi hadisənin mahiyyətini duydum. 27 il bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi bir günün yetişdiyini başa düşdüm.
Ali baş komandan 1 nəmrəli əmri vermiş, SEHİRLİ düyməni basmışdı. Ərazi bütövlüyümüzü təmin edilməsi, doğma Qarabağımızın işğaldan qurtarması uğrunda Vətən müharibəsi başlamışdı. Bu xəbəri oxuyan kimi özümü saxlaya bilməyərək necə ağladımsa səsimdən özüm diksindim. Gözlərimdən axan sevinc göz yaşları idi, neçə illərdən bəri yığılıb qalan qubar idi, Vətən nisgili idi, durnalara dönən şəhid ruhların harayı idi. Elə həmin gün saat 14.04-də keçirilən əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edildiyini, Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murov dağı istiqamətində yerləşən düşmən postlarının darmadağın edilərək bir sıra vacib yüksəkliklərin nəzarətə götürüldüyünü oxudum…
… Bir anda 1992-93-cü illərdə gördüyüm, eşitdiyim hadisələr gözlərim önündə canlandı.
O zaman hərbi jurnalist kimi çəbhə bölgələrini qarış-qarış dolaşdım. 2 il ərzində 450 –yə yaxın şəhid qapısıni açdım. İçəri girdiyim evlərdə;
Analar gördüm -dözümlü, səbrli, qəlbini daş edib, göz yaşlarını gizləyib qapıdan girənin üzünə gülümsəyən. -Başındakı qara yaylığı ancaq qələbə günü açaçağını- bəyan edən analar…
Atalar gördüm, “-Oğul düşmən çəpəridir, təki Vətən sağ olsun” – deyən, (Düşmən çəpəri”, yəni ailəni, eli, elatı yağılardan qoruyan, dar günlərdə sinəsini sipər edən.), “-mən xoşbəxtəm ki, balama güllə sinəsindən dəyib, kürəyindən yox- söyləyən atalar…
Bacılar gördüm -ürəyi qardaş dərdindən oyum-oyum oyulan bacılar…
Qardaşlar gördüm – yumruqları düyünlü, qəlbində düşmənə qarşı kin.. gözlərində qəzəb qığılcımı közərən qardaşlar…
“Şəhidlik çələngi” silsiləsindən yazdığım 3 kitabda haqqında yazdığım şəhidlərin valideynləri ilə görüşlərim, eşitdiyim və özümün şahidi olduğum hadisələr – Aqdərədə vurulan, 3 şəhid əsgərlə birlikdə nəşi yüksəklyə qaldırılaraq ətrafı minalanan, yalnız 2-4 gün sonra igid əsgərlərimiz tərəfindən hərbi əməlliyyat nəticəsində minalar təmizləndikdən sonra gecə saat 03 radələrində yaxın rəfiqəm Məlahət Nəsibovanın meyidini ailəsinə, bədəni Zaqatalada başı isə döyüşdən 8 gün sonra tapılaraq Papravənddə yerləşən N yüksəkliyində torpağa tapşırılan Zaqatalalı Aydının bacısı Xatunu qardaş başının ziyarətinə apardığım, anası şəhid Arazın nişanı üçün yığdığı qızıl-zinət əşyalarını qarşıma tökərək, “-qızım, indi mən neyləyim, başıma nə gül töküm?” – sualını mənə yönləndirdiyivaxt, mənim də ona qoşularaq höhkür-hönkür ağlamağım və və s. günlər birər-birər kino lenti kimi gözümün önündən keçməyə başladı…
Elə o zamanlar yazdığım və hər zaman dilimin əzbəri olan bu dördlük qeyri –ixtiyarı olaraq dodaqlarımda səsləndi:
Nə qədər ki, ulu Vətən dardadır,
Torpağında at oynadır yağılar.
Şəhid ruhlar durnalara dönərək,
Haray çəkər, intiqama çağırar !!!.
Artıq intiqam zamanı yetişmişdi, durnalara dönən şəhid ruhları indi sevinirdi, qaqqıldaşa-qaqqıldaşa cəbhədə döyüşən igid əsgərlərimizin üzərindən uçur, onları ruhlandırır,onları qələbəyə səsləyirdi…
27 il ürəyimdə ancaq ən əsas bir arzu ilə yaşamışam. Doğma QARABAĞ torpaqlarımzı düşmən əsarəti altından qurtaracağı,“Şəhidlər çələngi” ”silsiləsinə son qoyaraq, “Qələbə çələngi” ni yazmağa başlayacağım günü səbrsizliklə gözləmişəm.
Deyəsən bu arzum yavaş- yavaş çin olmağa başlayır…
Vəziyyətin mürəkkəbləşdiyi vaxtlarda, taleyönlü məsələlərdə xalqımız bir yumruq kimi birləşməyi bacarır.
Xalqla Azərbaycan rəhbərliyinin, Azərbaycan Oardusunun birliyini mən bu gün də gördüm, bütün varlığımla hiss etdim…
Budur artıq nəinki mən, bütün xalqımız sevinc içindədir, cəbhədən gələn hər qələbə xəbərini cəbirsizliklə izləyir və igid oğullarımızı qəhrəmanlığı qarşısında qürur duyur və onlara mənəvi, maddi,dəstək verir…
İndi artıq-
Durnalara dönən şəhid ruhları,
Cəbhədəki son durumu izləyir.
Qaqqıldaşa-qaqqıldaşa uşaraq,
Ordumuzu qələbəyə səsləyir!..
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…