Qətər dünya çempionatının hazırlığına 200 milyard xərcləyəcək

9 Fevral 2017 11:38

Xəbər 797 dəfə oxunub

2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundialın hazırlığına ümumilikdə 200 milyard ABŞ dolları xərcləyəcək.“The Guardian” xəbər verir ki, bu vəsait nəhəng futbol turniri üçün nəzərdə tutulmuş obyektlərin tikintisinə, infrastrukturun və xəstəxanaların modernləşdirilməsinə, eləcə də nəqliyyat şəbəkəsinin inkişafına sərf ediləcək.Qətər rəsmiləri dünya çempionatının hazırlıq prosesinə həftədə 500 milyon dollar xərcləyəcəklər.xeber100.com