Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında

16 Dekabr 2022 10:40

Xəbər 391 dəfə oxunub

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib. Matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq. Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya – Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.xeber100.com