Qaçqın düşmüş insanların müdafiəsi haqqında Qlobal Saziş təsdiq edilib

18 Dekabr 2018 14:56

Xəbər 598 dəfə oxunub

Dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında təşkilata üzv dövlətlər təqib və ya müharibələr nəticəsində qaçqın düşmüş insanların müdafiəsi haqqında Qlobal Sazişi təsdiq ediblər.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın Qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi bununla bağlı keçirdiyi mətbuat konfransında bu sənədin qaçqınların müdafiəsi işini hüquqi müstəviyə keçirdiyini bildirib. “Dövlətlər etiraf etməli oldular ki, çoxlu sayda qaçqınları qəbul edən ölkələr bəşəriyyətə böyük xidmət göstəriblər. Bu sənəd digər ölkələrin də onların yükünü paylaşmasına imkan yaradır”, – deyə ali komissar əlavə edib.Ekspertlərin qənaətinə görə, bu sənəd indi daha aktualdır. Belə ki, hazırda bütün dünyada 68,5 milyon insan öz doğma yurdunu tərk etməyə məcbur olub. Onlardan 25,4 milyonu başqa ölkələrdə sığınacaq axtarır. Qaçqınların 90 faizi isə inkişaf etmiş ölkələrə üz tutur. Halbuki bu ölkələrin bir çoxunda da iqtisadi və sosial problemlər mövcuddur. Bu sənəd dövlət və özəl sektorun vəsaitləri hesabına həmin ölkələrin infrastruktur sisteminə, səhiyyə və təhsil sahələrinə sərmayələr qoyulmasını nəzərdə tutur.Sənəddə bildirilir ki, qaçqınlara təhsil almaq və yaşadıqları ölkənin cəmiyyət həyatında fəal iştirak etmək üçün şərait yaradılmalıdır. Sazişin müəllifləri qaçqın probleminin ekoloji tarazlığa təsiri məsələsini də nəzərə alıblar. Yoxsul ölkələrə sığınmış insanların digər dövlətlərə köçürülməsi üçün ailələrin birləşdirilməsi, tələbə və humanitar vizaların verilməsi yollarından da istifadə olunacaq. Eyni zamanda, sənəddə göstərilir ki, problemin optimal həlli qaçqınların könüllü olaraq evlərinə qayıtmasıdır.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42