Almaniya parlamentinin aşağı palatası mühacirlərin və qaçqınların inteqrasiyasına dair qanun layihəsi qəbul edib. Apa-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Yeni qanun mühacir və qaçqınların əmək bazarına, eləcə də təhsil və inteqrasiya kurslarına çıxışını asanlaşdıracaq. Qanun layihəsində həmçinin inteqrasiyaya cəlb olunmaqdan boyun qaçıranlara, məsələn, alman dilini öyrənməkdən imtina edənlərə qarşı sanksiyalar da nəzərdə tutulub. “Bu qanun layihəsində burada qalmaq istəyənlər qarşısında bəzi tələblər qoymuşuq. Biz onlara həm bəzi tələblər irəli sürür, həm də dəstək göstəririk. Tələbimiz ondan ibarətdir ki, alman dilini öyrənsinlər, öz xərclərini qarşılamaq üçün işləyib özləri qazansınlar və dövlət qanunlarına riayət etsinlər”, – deyə Almaniya daxili işlər naziri Tomas de Mezyer bildirib. Tomas de Mezyer sözlərinə görə, Avropaya gələn mühacirlərin əsas cəmləşdiyi yer Almaniyadır və 2015-ci ildən bu günə qədər Almaniyaya 1,1 milyon mühacir gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…